Şərəfnamə, fəsil 12
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
بیا ساقی آن آب حیوان گواربه دولت سرای سکندر سپار
که تا دولتش بوسه بر سر دهدبه میراثخوار سکندر دهد
گزارنده نامه خسرویچنین داد نظم سخن را نوی
که از جملهی تاجداران رومجواندولتی بود از آن مرز و بوم
شهی نامور، نام او فیلقوسپذیرای فرمان او روم و روس
به یونان زمین بود ماوای اوبه مقدونیه خاصتر جای او
نو آیینترین شاهِ آفاق بودنوازادهٔ عیص اسحاق بود
چنان دادگر بود کز داد خویشدُم گرگ را بست بر پای میش
گلوی ستم را بدانسان فشردکه دارا بدان داوری رشک برد
سبق جست بر وی به شمشیر و تاجفرستاد کس تا فرستد خراج
شه روم را بود رایی درسترضا جست و با او خصومت نجست
کسی را که دولت کند یاوریکه یارد که با او کند داوری؟
فرستاد چندان بدو گنج و مالکزو دور شد مالش بد سگال
بدان خرج خشنود شد شاه رومز سوزنده آتش نگهداشت موم
چو فتح سکندر در آمد به کاردگرگونه شد گردش روزگار
نه دولت نه دنیا به دارا گذاشتسنان را سر از سنگ خارا گذاشت
در این داستان داوریها بسیستمرا گوش بر گفتهٔ هر کسیست
چنین آمد از هوشیاران رومکه زاهد زنی بود از آن مرز و بوم
به آبستنی روز بیچاره گشتز شهر و ز شوی خود آوارهگشت
چو تنگآمدش وقت بارافکنیبرو سخت شد درد آبستنی
به ویرانهای بار بنهاد و مردغم طفل میخورد و جان میسپرد
که گویی «که پرورد خواهد تو را؟کدامین دده خورد خواهد تو را؟»
وز این بیخبر بُد که پروردگارچگونه ورا پرورد وقت کار
چه گنجینهها زیر بارش کشندچه اقبالها در کنارش کشند
چو زن مرد و آن طفل بیکس بماندکس بیکسانش به جایی رساند
که ملک جهان را ز فرهنگ و رایشد از قاف تا قاف کشور گشای
مَلِک فیلقوس از تماشای دشتشکار افکنان سوی آن زن گذشت
زنی دید مرده بدان رهگذربه بالین او طفلی آورده سر
ز بیشیری انگشت خود میمزیدبه مادر بر انگشت خود میگزید
بفرمود تا چاکران تاختندبه کار زنِ مرده پرداختند
ز خاک ره، آن طفل را برگرفتفرو ماند از آن روز بازی شگفت
ببرد و بپرورد و بنواختشپس از خود ولیعهد خود ساختش
دگرگونه دهقان آزر پرستبه دارا کند نسل او باز بست
ز تاریخها چون گرفتم قیاسهم از نامهٔ مرد ایزدشناس
در آن هر دو گفتار، چستی نبودگزافه سخن را درستی نبود
درست آن شد از گفتهٔ هر دیارکه از فیلقوس آمد آن شهریار
دگر گفتهها چون عیاری نداشتسخنگو بر آن اختیاری نداشت
چنین گوید آن پیر دیرینه سالز تاریخ شاهان پیشینه حال
که در بزم خاص ملک فیلقوسبتی بود پاکیزه و نوعروس
به دیدن همایون، به بالا بلندبه ابرو کمانکش، به گیسو کمند
چو سروی که پیدا کند در چمنز گیسو بنفشه ز عارض سمن
جمالی چو در نیمروز آفتابکرشمهکنان نرگسی نیمخواب
سر زلف پیچان چو مشک سیاهوزو مشگبو گشته مشکوی شاه
بر آن ماهرو شه چنان مهربانکه جز یاد او نامدش بر زبان
به مهرش شبی شاه در برگرفتز خرمای شه، نخلبُن برگرفت
شد از ابر نیسان صدف باردارپدیدار شد لؤلؤ شاهسوار
چو نُه مه برآمد بر آبستنیبه جنبش درآمد رگ رستنی
به وقت ولادت بفرمود شاهکه دانا کند سوی اختر نگاه
ز راز نهفته نشانش دهدوز آن جنبش آرام جانش دهد
شناسندگان برگرفتند سازز دور فلک باز جستند راز
به سیر سپهر انجمن ساختندترازوی انجم برافراختند
اسد بود طالع خداوند زورکزو دیدهٔ دشمنان گشت کور
شرف یافته آفتاب از حملگراینده از علم سوی عمل
عطارد به جوزا برون تاختهمه و زهره در ثور جا ساخته
بر آراسته قوس را مشتریزحل در ترازو به بازیگری
ششم خانه را کرده بهرام جایچو خدمتگران گشته خدمتنمای
چنین طالعی کامد آن نور ازوچه گویم زهی چشم بد دور ازو
چو زاد آن گرامی به فالی چنینبرافروخت باغ از نهالی چنین
در احکام هفت اختر آمد پدیدکه دنیا بدو داد خواهد کلید
از آن فرخی مرد اخترشناسخبر داد تا کرد خسرو سپاس
شه از مهر فرزند پیروزبختدر گنج بگشاد و برشد به تخت
به شادی گرایید از اندوه و رنجبه خواهندگان داد بسیار گنج
به پیروزی آن می مشگبویمی و مشگ میریخت بر طرف جوی
چو شد ناز پرورده آن شاخ سروخرامنده شد چون خرامان تذرو
شد از چنبر مهد میدانگرایز گهواره در مرکب آورد پای
کمان خواست از دایه و چوبه تیرگهی کاغذش بر هدف گه حریر
چو شد رُستهتر، کار شمشیر کردز شیر افکنی جنگ با شیر کرد
وز آن پس نشاط سواری گرفتپی شاهی و شهریاری گرفت
Saqi, dur, gətir o həyat suyunu!İskəndər şövkətli şaha ver onu.
Şahın dövlətini öpsün o badən,Odur İskəndərin irsini yeyən.
Şahnamə yazanlar saçaraq bilik,Vermiş söz nəzminə belə yenilik:
Yunan ölkəsinin padşahlarındanVardı bir gənc dövlət, böyük hökmüran,
Şöhrətli şah idi, adı Feyləqus,İtaət edərdi ona rum və rus.
Yunanıstan idi onun məskəni,Makedoniyaydı doğma vətəni.
Qanunlar qoyardı yeni və parlaq,Ulu babasıydı Eys ibn-İshaq.
Ədalət o qədər yaxınmış ona,Qurdları bağlarmış qoyun buduna.
Zülmün boğazını elə sıxmışdı,Dara həsədindən rəqib çıxmışdı.
Üstün olmaq üçün qılıncı, tacı,Bir elçi göndərdi, alsın xəracı.
Ağıl sahibiydi rumlu hökmüran,Xəracı göndərdi, olmadı düşman.
Taleyi yar olan məsud kimsəyəKim cəsarət edər, düşmənəm deyə?
Bəxşişlər göndərdi böyük dərbara,Düşmənlik yolundan əl çəkdi Dara.
Rum şahı oldu bu bəxşişdən çox şən,Mumunu qorudu yanar atəşdən.
İskəndər başlarkən fəthə hər yeri,Döndü birdən-birə çərxin işləri.
Daraya nə dövlət qoydu, nə dövran,Süngüsü keçirdi çaxmaq daşından.
Bu dastan haqqında rəvayət çoxdur,Hər kəsi dinlərəm, inadım yoxdur.
Belə nəql edir bu vəqəni rumlar:Bir qadın var imiş çox yoxsul, dindar,
İkicanlı idi, tapmadı çarə,Yurdundan, ərindən düşdü avarə.
Doğmağın zamanı yetişdi, artıq,Kəsdi taqətini ikicanlılıq.
Doğarkən can verdi bir xərabədə,Ölürkən körpəni andı yenə də:
“Məndən sonra səni kim bəsləyəcək?Hansı bir canavar səni yeyəcək?”
O zənn etməyirdi ki, Pərvərdigar,Bir zaman edəcək onu tacidar.
Nə qədər xəzinə güləcək ona,İqbal qonacaqdır şən qucağına.
Həsrətlər içində qadın verdi can,Köməksiz uşağa yar oldu yəzdan.
Şüurla, hünərlə işlətdi qafa,Dünyanı fəth etdi o Qafdan-Qafa.
Feyləqus çıxarkən ov üçün düzə,Qadın ölən yerlə gəldi üz-üzə.
Gördü bir qadındır yurdsuz-yuvasız,Başının üstündə bir körpə yalqız.
Sorur barmağını o körpə uşaq,Ana həsrətiylə dişləyir barmaq.
Nökərlərə əmr verdi tacidar,Qadının dəfninə məşğul oldular.
Kimsəsiz körpəni götürdü yoldan,Daldı bu heyrətli işə bir zaman,
Böyütdü, bəslədi, verdi tərbiyə,Vəliəhd eylədi, “Oğlumdur” deyə.
Zərdüştilərdə var başqa rəvayət,Verir İskəndəri Daraya nisbət.
Vurdum tarixləri mən bir-birinə,Baxdım Firdovsinin öz əsərinə.
Hər iki rəvayət məncə pozuqdur,Uydurma sözlərdir, həqiqət yoxdur.
Doğrusu budur ki, bilir hər diyar,Feyləqus oğludur böyük tacidar,
Bunlarda həqiqət görmədim bir az,Tarixçi bunları qələmə almaz.
Ən yaxşı bir qoca rəvayət edir,O köhnə şahlardan hekayət edir:
Feyləqus qəsrində bir gözəl varmış,Bəzəkli gəlintək azad yaşarmış.
Baxışı can alan, qaməti bülənd,Qaşları kamandı, saçları kəmənd.
Sanki bir sərv imiş, yetirmiş çəmən,Telləri bənövşə, çöhrəsi səmən,
Camalı parlaq bir Günəşdən təmiz,O süzgün gözləri qəmzəli nərgiz!
Qıvırcıq saçları qara bir ənbər,Saray bu dilbərlə olmuş müəttər.
Rum şahı vurulmuş ayüzlü qıza,Dilinin əzbəri parlaq ulduza.
Bir gecə bağrına basdı hökmüran,Şahın xurmasından bar verdi fidan.
Neysan buludundan sədəf tutdu bar,Ən parlaq bir inci oldu aşikar.
Keçdi bu vəqədən doqquz ay, ancaq,Ananın bətnində tərpəndi uşaq.
Padşah əmr etdi ki, münəccimlərBaxıb ulduzlara versinlər xəbər.
Bir xəbər versinlər bu gizli işdən,Rahatlıq versinlər bu tərpənişdən.
Bilikli münəccim başladı işə,Baxdılar fələkdə olan gərdişə.
Göyləri seyr üçün məclis düzəltdi,Ulduz tərəzisi ortaya gəldi,
Taleyi göründü Əsəd bürcündən,Düşmənlər kor oldu onun gücündən.
Günəş yaxınlaşdı o gün Həmələ,Gedirdi elmdən çatsın əmələ.
Ütarid və Covza qonmuş bir yerə,Sovrda məskən etmiş Ay ilə Zöhrə.
Qövsi də Müştəri bəzəmiş gözəl,Mizanın bürcündə oynardı Zuhəl.
Altıncı xanəni tutmuşdu Bəhram,Xidmət göstərməyə olmuşdu qulam.
Taleyi göründü nurdan da parlaq,Nə deyim, o yaman gözlərdən iraq.
Belə xoş fal ilə dünyaya gəldi,O bağda belə bir fidan yüksəldi.
Təqvimdən bəxtini təyin etdilər,Qoyuldu uşağın adı İskəndər.
Bu yeddi ülkərdən oldu aşikar,Açarı verəcək ona ruzigar.
Münəccim taledən verincə xəbər,Feyləqus şükr etdi, silindi kədər.
Bəxtiyar çocuğa etdi məhəbbət,Taxtına oturdu, payladı xələt.
Artıq yol vermədi qəmə, kədərə,Cavahir payladı istəyənlərə.
O müşk ətirlinin güləndə baxtı,Meyi də, müşkü də seltək axıtdı.
O sərvin budağı bəsləndi nazla,Turac tək səkərək səsləndi nazla.
Meydan axtarırdı beşikdə ikən,Yəhərə atıldı öz beşiyindən.
Dayədən istədi ox ilə kaman,Kağızı, ipəyi hey aldı nişan.
Böyüdü, öyrəndi qılınc vurmağı,Qızmış aslanlara qarşı durmağı.
At minmək zövqündən ləzzət alınca,Düşdü şəhriyarlıq, şahlıq dalınca.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-serefname-12
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saqi, ver mənə o qırmızı sudanKi, ondan qocalar gəncləşir hər an.
Şərəfnamə, fəsil 43Ey saqi, gülabtək şərabı bir anÜstümə səp mənim, qalxım yuxudan.
Şərəfnamə, fəsil 44Saqi, can bəsləyən bir mey ver mana,Bir mey ki, can kimi gərəkdir cana.
Şərəfnamə, fəsil 45Gəl məni azad et, saqi, “yox” demə!Qədəhdən göz yaşı tök ətəyimə.
Başqa şairlərin şeirləri
Kuyin sənin ki, rozeyi-darüssəlamdir,Mehrab qaşların ona, çeşmin imamdir.
Vəh-vəh, nə atəşparəsən bu cameyi-gülgun bilənVəh-vəh, nə atəşparəsən bu cameyi-gülgun bilən,Yusif dirilmiş guyiya pirahəni-pürxun bilən.
Qanuni-təkamülPillə-pillə rəftə bayəd suyi-bam,*Həst cəbr budən inca təb'i-xam*
Gözəllərin şahı, şuxu nazəninGözəllərin şahı, şuxu nazənin,Yetişibdi hökmun kulli-cəhanə,