Pillə-pillə rəftə bayəd suyi-bam,
Həst cəbr budən inca təb'i-xam

Mollayi-Rumi

Xilqətin ənfüsi-ləyalından –
Açılır sübhrəng nikafaq,
Çöhrəsində kəvakibi-bərraq,
Süzülür nurlar hilalından.


Kainat kəmalə doğru rəvan,
Bugünündən sabahı kamildir.
Pilleyi-e'tilaya maildir,
Xətveyi-lətənahiyi-imkan.


Yürüyor, daima yürür ileri,
Xarü xəslər zəbuni-sətvətdir,
Qərqi-seylabeyi-məhəbbətdir.
Seyli-cuşan dönərmi hiç geri?!


Maziyü hal, bir də istiqbal –
Nə qədər fərq var? Cahan-cahan!
Bu həqiqət durur nəzərdə əyan, –
Edilirsə mühəqqiqanə xəyal.


Ruzlər, ruznameyi-əxbar,
Bir vərəqdir şüuni-dünyadən,
Yoxdur əxbar hali-fərdadən,
Gör müxabir yarın nə der əş'ar!

Əzəliyyətdən ayrılıb qoşuyor,
Əbədiyyət tərəf həyat seli,
Cərəyandır təbiətin əməli,
Axıyor, sakin olmuyor, coşuyor.


Cərəyani-təbiətə qoşulan –
İrişir sahili-nicatə, əvət!
Yolunu kəsmək istəyən bədbəxt –
Oluyor məhv, iştə: məşriqiyan!


Ayılıb çıx məzari-qəflətdən,
Məhşəri-kainatı seyr eylə,
Nəəmati-həyati seyr eylə,
Hissədar ol behişti-fitrətdən!


İxtiyar olmuyor, cavanlanıyor –
Maderi-saldideyi-əzəli,
Yaşamaqdır ilələbəd əməli,
Hər zaman arizusu canlanıyor.

12 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri