Ay ağalar, çeşmim yaşı sel oldu,Çalxanır sonalar ay üzə-üzə.Mərd sözünü deyər mərdü mərdana,Namərd saxlar sözün ay üzə, üzə.

Nazlı dilbər əldə tutub nə saqı,Dərd çəkənin nə bimarı, nə sağı.Ala gözlər mənə eylər nasağı,Kəc baxır, ömrümü ay üzə-üzə.

Aşıq Musa deyər, yetibdi dərdim,Məni bu qürbətə atıbdı dərdim,Səksəni, doxsanı ötübdü dərdim,İndi də yetişib a yüzə, yüzə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri