Gəzdirir
Mənim yarım bu məclisdəDolanıb cağı gəzdirir.Özü təzə, əldə məzə,Eyvan, otağı gəzdirir.
Ləbləri məni məst elər,Kirpiyi cana qəsd elər,Dərib bənövşə dəst elər,Büllur buxağı gəzdirir.
Rubəndini üzdən açmaq,Xoşdur onunla danışmaq.Bəxtəvər başına, başmaq,Gültək ayağı gəzdirir.
Musa vəsfin söylər saza,Eşidən gəlsin avaza.Yanaqları güldən təzə,Qaymaq dodağı gəzdirir.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-musa-gezdirir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yaxşıdı
İnsan oğlu, doğru yolu düz yeri,Bir doğruluq yüz min fənddən yaxşıdı.
Qara pulHəllal-i müşkilat-i cahan oldu qara pul,Edər iki dəqiqədə min dərdə çarə pul.
TəbimAxı, hər vaxt şən idin sənİndi susdun, nədən, təbim?
Kim verdi dünən bəzminizə bağdə zivərKim verdi dünən bəzminizə bağdə zivər,Hansı qədi ərər?