Axı, hər vaxt şən idin sənİndi susdun, nədən, təbim?Nəşə saçır bağça, çəmən,Zövq al, sən də dillən, təbim!Bizim ele gəlsə bahar,Günəş doğar al laləzar.Güllərin də ilhamı var,Gül açanda güllən, təbim!Gül bülbülün həmdəmidir,Bahar sevgi aləmidir.İlqanmız böyləmidir-Aynlırsan məndən, təbim?İgidlərin hünər çağı,Üzə gülür vətən bağı,Çəkmə mənə sinə dağı,Şer yarat, şənlən, təbim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar