Nə əcəb xub yaradıb həsnini Tarı bu qızın,Nə əcəb gülşənə bənzər gül üzarı bu qızın,Nə əcəb məstlənib çeşmi-xumarı bu qızın,Nə əcəb tazə bitib hayvası narı bu qızın,Nə əcəb çiçəklənib fəsli-baharı bu qızın

Nə əcəb taqi-müqəvvəs çəkilib qaşı kaman,Nə əcəb xoş danışur ləzzət ilən tuti-zəban,Nə əcəb xətləri reyhandı vəhəm püstədəhan,Nə əcəb gərdəni mina nə əcəb incə miyan,Nə əcəb bal ləbindən olı cari bu qızın

Nə əcəb inci dür dənə kimi ağ dişi var,Nə əcəb badi-sabadən telinin cünbişi var,Nə əcəb naz edüb işvə ilə gərdişi var,Nə əcəb əhdü peymanə müvafiq işi var,Nə əcəb köyçək imiş tutduğu karı bu qızın

Nə əcəb əhmər gül lalə yanağın gördüm,Nə əcəb cənnət içində belə bağın gördüm,Nə əcəb fürsətlə xəlvət otağın gördüm,Nə əcəb dişləməli, öpməli çağın gördüm,Nə əcəb eyləyib ələ məni yarı bu qızın

Nə əcəb söhbəti var xürdə-məqalat nə əcəb,Nə əcəb dərd dilə verdi kifayət nə əcəb,Nə əcəb düşmüş imiş nəqşi-xəyalat nə əcəb,Nə əcəb istər imiş busə vüsalat nə əcəb,Nə əcəb Qurbana rast gəldi bazarı bu qızın

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar