Bu gün nə xoş gündü, nə xoş saatdı,Qədəm basdın, Pəri xanım, xoş gəldin.Ləblərin aşiqə abi-həyatdı,Təzələdin ruh-rəvanım, xoş gəldin!

Gözlərin nərgizdi, hüsnün mahtaban,Açılıb gül, süsən, sünbül, ərğəvan,Zənbağü yasəmən, bərgi-ireyhan,Fəsli-bahar gülüstanım, xoş gəldin!

Şad eylədin Qurbaninin didarın,Həsrətin çəkirdim sən kimi yarın,Saldın güllü bağa cəmi dostların,Gözəllər şahvarı canım, xoş gəldin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq