Xorasanda qızıl günbəz ağası!Gözüm sənin intizarın çəkibdi.Haq buyurdu, həbib getdi meraca,Ona peşkəş ol Quranı çəkibdi.

Haq buyurdu Şiri-əzəm Heydərə,Şəhadət barmağın saldı Xeybərə,Şəmameynən getdi ol Şəhrizərə,Ağam orda boran, qarı çəkibdi.

Xoş o kimsəyə ki, yata yuxudaCəbrail üstünə gətirə nida.Ağam Şahi-Mərdan özü davadaKafər üstə zülfüqarı çəkibdi.

Yoxdu bu dünyada belə namidar,Qurbaninin canı yolunda nisar,Ağam Şahi-Mərdan Düldülə süvar,Səməndinə qəm cidarı çəkibdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq