Mənim andım
Gönnəzsə gözüm bir an üzünü,Ruhumu oxşayan munis gözünü,Dinləməzsəm əgər dadlı sözünü,Ötən bülbüllərdən soraram səni.
Səni düşünürəm, ey gözəl xülya,Sensən kirpiyimdən asılmış röya.Nuhun dövrü gəlsə, dağılsa dünya,Yenə kainatda araram səni.
Uyutmaz qəlbimi başqa bir şəfqət,Ruhumu oxşamaz heç bir məhəbbət,Əgər aralığa düşərsə firqət,Əsən küləklərdən soraram seni.
Ey Sadiq, sadiqəm əhdimə, səne,And olsun allaha, doğma vətənə,Sənsiz nəsib olan ölümdür mənə,Haraya getsən də, taparam səni.
Kitabxana.az · https://kitabxana.az/works/ummugulsum-menim-andim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yadımdadır, bir gün, bir axşamçağı,Yayıldı aləmə həzin bir xəbər:
Bayrağım enərkənSən, Bayrağım! Yüksək şanlarınla enərkənMavi göyə bir duman gəldiyini gördüm bən.
HicranBir solğun çiçəyəm, bir san yarpaq,Candan şikayətkar, canandan iraq.
Xəzərə xitabYenə bu gecə də keçdi yandan,Gözümdə yuxu yox, yenə bidaram.