Könlüm pasıbandı səri-kuyində,Səni arzulayır, yar, görüşməyə.Gecə-gündüz fikri-xəyalım budur,Çox çəkirəm intizar görüşməyə.

Xaliqi-ləmyəzəl eyləyə nüsrət,Gəzə ortalıqda şirin məhəbbət.Açıla nabahar, biz çəkə ləzzət,Gətirə bağçalar bar görüşməyə.

Aşıq Musa deyər ay nuri-didar,Məhəbbət aləmi canda var havar.Qəlbim yada salıb eyləyir qubar,Ümidim bir haqqa var görüşməyə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri