İnsan oğlu, doğru yolu düz yeri,Bir doğruluq yüz min fənddən yaxşıdı.Gözəlsiz otaqdan, meyvəsiz bağdan,Viranəlik vecsiz kənddən yaxşıdı.

Bazara çıxanda müştəri dinməz,Satdığa qoyanda heç kim bəyənməz.Yoxuşda dirənər, enişdə enməz,Piyadalıq yorğun atdan yaxşıdı.

Aşıq Alı deyər, könlüm avayı,Avayı olanda gəzər havayı.Yeyəsən plovu, içəsən çayı,Deməginən kartof ətdən yaxşıdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri