Yandı
Qəza qərq eylədi yanar odlara,Elimin sərvinaz sonası yandı.Atəş müqəddəsdi, napakdan qaçar,Görmədim nə xənnas, nə ası yandı.
Nə idi günahı pakı xilqətin,Oldu mübtəlası dərdin, zillətin;Aqil fəhm eləyib, alsın ibrətin,Nağının gül üzlü balası yandı.
Dərkiyan naçardı dövran işinə,Olmadı bir zəka, elac düşünə.Cümlə tab eylədi qəm atəşinə,Mənim tək qəm əhli yanası yandı.
Qəbahət nə idi, odlar qalandı,Əsil məhşər gördüm qeyri yalandı.Cümlə qəm eylədi, qəlbi talandı,Aqil küdrət çəkdi, danası yandı.
Aşkar şivən qurdu ilahi tala,Alı tab etmədi bu müdhiş hala.Bir cana borcluydu o körpə bala,Nari-cəhənnəmdi, anası yandı.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-yandi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Müxəmməs: Göstərdi mənə dün biri bir qaşı hilalıGöstərdi mənə dün biri bir qaşı hilalı,El bir-birinə mahi-nəvi eylər kimi hali,
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!