Neyləyim
Keçdi bahar, bitdi güz, o dağları qış aldı,Dost elindən bir xəbər almadım, neyləyim?Baxıb, baxıb yollara gözlərimi yaş aldı,Mən o elin yolçusu olmadım, neyləyim?
Gəzib, gəzib dolaşdım, dünyanı sərxoş kimi,Yox olası yad eldə hər yer mənə boş kimi…Çırpınaraq didildim yaralı bir quş kimi,Dincələcək bir yuva bulamadım, neyləyim?
Ah, o vətən, o yurdum… Eşsiz, cənnət bir ölkə,Onsuz böylə yaşamaq, məncə, iyrənc bir ləkə,Onsuz din bir əfsanə, onsuz Tanrı bir kölgəOnsuz xilqətdən ilham alamadım, neyləyim?
Verin mənə yurdumu, qaya olsun, dağ olsun,Ayaqlarımda zəncir, düşdüyüm bir ağ olsun,Mən ölürsəm yolunda, sevənləri sağ olsun,Üzümü torpağına sürəmədim, neyləyim?Gəlib yaşıl qoynuna girəmədim, neyləyim?
Kitabxana.az · https://kitabxana.az/works/ildirim-neyleyim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə İrandan, nə Hinddən, nə Əfqandan, nə Çindən,Mən bir inci tapmışdım Qafqasların içindən,
Mənim türkümAşiqəm, cismim əgər buzlu cəhənnəmdə yana,Daşımaz qorxulu dağlar bu tükənməz yasımı…
Mənim protestomCəmiyyəti Əqvama açıq məktub*Dinlə, sən ey haqq deyə zülmə eş olan yuva,
Mənmi?Sormayın kimlərdənəm, haralıyam, a dostlar,Könüldən fırtınalı, boralıyam, a dostlar,
Başqa şairlərin şeirləri · Vətən
Maymaq uşaq əzəl başdan bəllənər,Ev sirrini qonşulara qandırar,
ÖlkəmizinSalıbdır aləmə şöhrət səfası ölkəmizin,Gözəlləşir günü-gündən binası ölkəmizin.
RücuMil düzü, Mil düzü, geniş Mil düzü!Eşit ürəyimdən gələn bu sözü.
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!