Sormayın kimlərdənəm, haralıyam, a dostlar,Könüldən fırtınalı, boralıyam, a dostlar,Qızıl bir qurşun aldım, yaralıyam a dostlar,Cövrünə tab edərsəm, dağları dələcəyəm,Qurban qəbul edərsə, yolunda öləcəyəm…

Dəyməyin, siz dəyməyin, ta qəlbimdən dağlıyam,Mən dünyaya ün verən Altayların oğluyam,O torpaqda doğmuşam, o torpağa bağlıyam.İstəməm bir yabançı göz diksin bir daşına,Yol ver, yol ver qonayım o dağların başına…

Ey yıllarla uzaqdan həsrətini çəkdiyim,Uğrunda gizli-gizli göz yaşları tökdüyüm,Nə bu, dinsiz taleyə böylə boyun bükdüyüm?Gözümmü kor, qolumda qüvvətimmi yox mənim?Hardasan, ey keçmişim, gəl, qəlbimə ax mənim!

Mənmiyəm Altaylarda başı göylərə dəyən?Tarixi mənmi yazdım, tarixmi məni öyən?Mənmiyəm indii böylə təvəkkülə baş əyən?Hansı zalım, o mənim qollarımı bükəcək?Hansı qüvvət, o məni zəncirlərə çəkəcək?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri