Mil düzü, Mil düzü, geniş Mil düzü!Eşit ürəyimdən gələn bu sözü.Bu keçmiş halına acımam ki, mən.Açıq danışalım, doğrudan da sənBəlkə bu sevgini, bu sevincini,Bəyaz qızılını, bəyaz inciniXanlardan, bəylərdən əsirgəmişsən,Quduz köpəklərdən əsirgəmişsən?Tanışlarım bilir bunu, sən də bil!Mənim darğınlığım səbəbsiz deyil.Bir Bakı işçisi birinci kərəBaxıb çoraqlıqdan çıxan ellərə,Govur-arx üstündə mitinq açaraq,Köksündə çırpınan qırmızı bayraqDalğalanan zaman lenta kəsərkən,Orda neçin, nədən olmamışam mən,Könlüm Araz kimi havalanmamış,Gurultum çöllərdə dalğalanmamış?

Deyirlər o zaman burda köylülərTutub dişlərində qalib türkülər,Bir daşqın fərəhlə gəlmişlər vəcdə,Araz da eyləmiş onlara səcdə.Arazın önünü kəsən sipərlərQalxıb yüksəklərə açınca şəhpər,Gənc bir arslan kimi kükrəyən ArasVermiş ətrafına dərin bir həras,Sıçramış, köpürmüş, bayılmış, getmiş,Mil düzünə sarı yayılmış, getmiş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən