Nə olurdu kor olsaydım, görməsəydim əzəldən,Görməsəydim o doğduğum dərələri, dağları,Almasaydım ilhamımı o talesiz gözəldən,Gözlərimdə qalmasaydı göy Şüvəlan bağları…Nə olurdu, göz açarkən Quzğunumun dibindəMən kəndimə yosunlanmış, dilsiz bir daş bulaydım,Çomağıyla sürü güdən bir çobanın önündəYar yolunda kəsiləcək bir qurbanlıq olaydım…Mən nə bilim bu qürbətin çəkilməyən nazı var?Qəmlərini yaza-yaza ömür keçdi, gün bitdi,Mən dərdi yox edəm derkən, dərdim məni əritdi…Vurma, könül, vurma, əlbət bu qışın bir yazı var,Bu qara gün keçicidir, bir gün bitər, inləmə,Bağçamızda sarı bülbül yenə ötər, inləmə.Nə olurdu kor olsaydım, görməsəydim əzəldən,Görməsəydim o doğduğum dərələri, dağları,Almasaydım ilhamımı o talesiz gözəldən,Gözlərimdə qalmasaydı göy Şüvəlan bağları…Nə olurdu, göz açarkən Quzğunumun dibindəMən kəndimə yosunlanmış, dilsiz bir daş bulaydım,Çomağıyla sürü güdən bir çobanın önündəYar yolunda kəsiləcək bir qurbanlıq olaydım…Mən nə bilim bu qürbətin çəkilməyən nazı var?Qəmlərini yaza-yaza ömür keçdi, gün bitdi,Mən dərdi yox edəm derkən, dərdim məni əritdi…

Vurma, könül, vurma, əlbət bu qışın bir yazı var,Bu qara gün keçicidir, bir gün bitər, inləmə,Bağçamızda sarı bülbül yenə ötər, inləmə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar