Nə üçün
Mən artıq nə yazım yurduma dair,Düşmən zəhər saçır, dostlar gizlənir.Bilməm öz yurdunu sevən bir şairNə üçün bir cani kimi izlənir?
Gizli yol kəsmədim, qaçaq olmadım,Sakit bir həyatı pozmadım mən ki,Heç kimə qanlı bir bıçaq olmadım,Heç bir qətlə fərman yazmadım mən ki...
Bəs neçin qəribəm bu doğma eldə,Məhbəsmi dörd yanım, mən ki boğuldum...Məlun bir zamanda, məhkum bir ildəAllahım, mən neçin şair doğuldum?..
Kitabxana.az · https://kitabxana.az/works/ildirim-ne-ucun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Yanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Bir cibimdə əskinasımBir cibimdə əskinasım, bir cibimdə ağ mənat,Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi
Çəkə bilməzİstəyirəm qaçam diyarbadiyar,Könül vətənindən əl çəkə bilməz.