Axıyor dalğaların hər dərədən,Bu yürüş hökmünü aldın nerədən?Ağ kəfən örtülü dağlardanmı?Sana qan udduracaq vəhşi dodaqlardanmı?Dur, Murad, dur,Yetər axdın dəlicə,O nə çöhrəndəki qan?Bir gülüş uğruna bir eşqi yıxan,Dəli bir qəlbin o bir işvəsimi?Gəl Murad, boğma mənim gur səsimi.Dur, Murad, dur ki, qudurdun, azdın,Sən mənim qətlimə fərman yazdın.Gəl Murad, gəl də dəyişdir bu yolu,Olma zalim fələyin əmrinə ram.Bu yolun ən sonu dəhşətlə, fəlakətlə dolu,Məni boğmaqsa məram,Gəl qopar qəlbimi vur daşlara, vur,Yeni qurban sanaraq inlə, qudur…Lakin əfsus, nə yazıq, keçdi keçən,Canlı bir tel qoparıb almaq üçün qəlbimdən,Şimdi yox səndə hünərNə yazıq, kedi keçən…Şimdi mənNə sənin sandığın aciz biriyəm,Nə kərəmlər kimi bir sərsəriyəm.Ki düşüb yalvarayım dizlərinə,Yox,yox, artıq o riyalar doluDurğun görünən gözlərinə.Aldanıb girməm, o bir qınlı tuzaq,Nə yazıq, keçdi keçən, qaldın uzaq…Dur dedim,Durma, sən istərsə qudur…Al da bas bağrına buz çöllərini,Topla gəl dağların ağ sellərini,Qapla dur sağ-solumu;Nə yazıq, sən kəsəməzsən yolumu.Nə yazıq, keçdi keçən…Şimdi mən,Fırtınalardan dəli bir zövqə dalan,Dalğalardan güc alan,Qan, ataş, dalğa, boran oynağı bir şanlı quşum.Mana qan içməyi əmr etdi bu gün hayqırışım.Çünki qan içməyən haqq almayacaq,Aciz olsam, mana yer qalmayacaq.Baxma könlümdə bu gün bir sıra yaslar yaşayır,O böyük Kürlər, Arazlar daşıyır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri