Yenə sordum o gözəl qızcığazı,Yenə hicran onu sarmış dedilər.Pürxəzənmiş yazıq ömründə yazı,Bir yəqin matəm olmuş dedilər…Sızlayırmış yenə qəlbində sitəm,Çırpınırmış yenə dərd ilə ələm,Onu pək ağlatıyormuş acı qəm,Incəcik qəlbini yormuş dedilər…Qucuyorkən qara sis ellərini,Uzadın Şərqə kiçik əllərini.Pozuyorkən acı yel tellərini,Qaynaşıb dərdi coşarmış dedilər…Xırpalarkən onu hər qanlı bir əl,İnləyirmiş o siyah saçlı gözəl,Çağırır: “Azəri qız, qoş, bana gəl.”Gözü bir nuru ararmış dedilər…O soluq yavrunu şənləndirəcək,Qəmli, gülməz üzü həp güldürəcək,O axan yaşları bir an siləcəkİnqilab ordusu varmış dedilər…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri