Ey gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.

Sən ilə gülşəni-ümmiddə güllər açılır,Qönçə tək etməgilən, gəl, ürəyin qan, getmə.

Sən ilə cəm idi bu silsileyi-alinəsəb,Etmə bu silsiləni bari pərişan, getmə.

Gər tulu etməsə Xurşid camalın bir dəm,Olu zülmətkədə bu Şişeyi-viran, getmə.

Olmasın nərgisi-bimarın bu dəm bimar,Qılma bu dideyi-giryanımı giryan, getmə.

Yetsə hər dərd sənə ver məni-məhzunə onuKim, sənin dərdin olur dərdimə dərman, getmə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ziynəti-bəzmi-məhəbbətdi sənin göftarın,Olma xamuş ki, xamuş olu yaran, getmə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar