Hayıfsan
Özün üçün sən aşiqsən, ay Əsmər,Başın çatma qalmağala, hayıfsan.Şairlik deyəndə özünü öymə,Belə adı üzə salma, hayıfsan.
Qullar boyda sən özünə hörmət et,Gələnin, gedənin əhvalına yet,Aşıqlıq edənin pişvazına get,Məni salma qilü-qala, hayıfsan.
Etibar eyləmə fani dünyaya,Elmin yoxdu özün atma dəryaya,Məcnun kimi düşmə çölə, səhraya,Sən düşübsən bəd xəyala, hayıfsan.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-hayifsan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Çay
Şiveyi-əhli-zamanə bəzmi-qəndü çaydırKimsədə əndazə yox, hər kimsənə xudraydır
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Bəngü-Badə (I hissə)thumbSaqiya! Badə sun ki, fürsətdir,
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,