Dilbər
Bir bağda bülbül olmasa,Gülün nə mənası, dilbər?Şəhdi-şəkər əzilməsə,Dilin nə mənası, dlbər?
Ala gözlər süzülməsə,Baxan canlar üzülməsə,Dal gərdənə düzülməsə,Telin nə mənası, dilbər?
Ocaq yanmaz qalanmasa,Bağ quruyar sulanmasa,Qulac qollar dolanmasa,Belin nə mənası, dilbər?
Yar dönüb belə gəlməsə,Qayıdıb elə gəlməsə,Sonası gölə gəlməsə,Gölün nə mənası, dilbər?
Alı neylər dəşt olmasa,Hərdən seyri-gəşt olmasa,Məcnunu sərgəşt olmasa,Çölün nə mənası, dilbər?
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-dilber
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
Dərdli nəğmə(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*
Vəh ki, hicran xəncəri köksümni qıldı çak-çakVəh ki, hicran xəncəri köksümni qıldı çak-çak,Doğradı bağrımnıvü könlümni qıldı dərdnak.
SevdiyimYenə məni yanar-yanar odlara,Dağılmış ayrılıq saldı, sevdiyim!