Bir nişan istədim gül üzlü yardan,Dirsəyin göstərdi: Alısan, dedi.Dedim: Ay qız, küsdüm səndən, əl çəkdim,Həlbət bir yadına salarsan, dedi.

Dedim: Ay bəxtəvər, bu nə büsatdı?Dedi: Nəzər eylə, gör nə sifətdi?Dedim: Çeşmim yaşı yeri islatdı,Verrəm dəsmalımı, silərsən, dedi.

Dedim: Ay qız, qəmdən dəftər bağlaram,Dedi: Baxma, nişanını saxlaram.Dedim: Həsrətindən inan, ağlaram,Qorxma, yaxın vaxtda gülərsən, dedi.

Dedim: Ay qız, nə gözəldi şamama,Dedi: Dəymə, ömrün yetər tamama.Dedim: Ay qız, əl uzadım məmənə,Özünü nüfuzdan salarsan, dedi.

Dedim: Xəstələrin can dərmanısan,Dedi: Aşıqların kərəm kanısan.Dedim: Ay qız, mənim adım tanısan?İrəldən tanıram, Alısan, dedi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri