Ey könül, qafil olmaKim mehribandı əlifNə ərəzdi, nə mürəkkəb,Sirri nihandı əlif.Bir qətrəyə nəzər salsa,Dərya, ümmandı əlif.Bizi yoxdan var eylədiSladı ruyi zəminə;Həmi aşkar, həmi yəqin,Həmi pünhandı əlif.

Qüdrətindən başa gətdi,İnsi, cinni, nar, niran,İbtida Adəmə kimiXəlq eylədi neçə can.Quran gəldi Məhəmmədə,Möminlər tapdı iman.Nə cismdi, nə cövhərdi,Laşərikdi, laməkanKalamı isnad buyurur,Əzimi-şandı əlif.

Qafil olma, Aşıq Musa,Şirindi dünya malı;Uyma gözəllər şövünə,Tərk eylə bu xəyalı.Puli-Sirat qabaqdadı,Cəhənnəm qilü-qalı.Dilindən dəftər yazılırHər bir kəsin amalı;Pünhan sirlər aşkar olur,Böylə divandı əlif.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri