Deyişmə: Dağıstandan gələn gəlin
— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,Ox atarım sazın sınar, könlünü viran eylərəm.
— Leyla xanım:Sən məni qonaq eylə sən, can sənə qurban eylərəm,Ox atsan qan tökülər, rəxtini ələvan eylərəm.
— Lətif:Yaxşı görsəm mən avazın, çəkərəm işvə-nazın,Soyaram paltarın, sazın, mən səni üryan eylərəm.
— Leyla xanım:Mənim adım Leyla xanım, cəsədimdə oynar canım,Abdulla bəydir cavanım, Lətifi biryan eylərəm.
— Lətif:Lətifəm, sən məni tanı, gör gələn bu şövkət və şanı,Qoynundakı şamamanı yük dutub karvan eylərəm.
Kitabxana.az · https://kitabxana.az/works/lezgi-ehmed-deyisme-dagistandan-gelen-gelin
← → düymələri ilə keçid, R — təsadüfi şeir