Məndən
Gecə-gündüz ahu kimi mələrəm,Yetişirmi sənə nalalar məndən?!Fərhad olub, dağı-daşı dələrəm,Hürküşür göllərdə sonalar məndən.
Mən nə desəm, sən incimə dilimdən,Sübhə kimi aləm yatmaz ünümdən.Bir öpəydim yanağının gülündən,Usanıb qönçələr, lalalar məndən.
Musa deyir, bu sözümdən küsmə sən,Təbib olub, qədəmlərin basmasan .Öz əlinlə yaralarım açmasan,Öldürər, qurtarmaz yaralar məndən.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-musa-menden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Cığalı Müsəlləs
Dad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
BahalıqYaran, başuz sağ olsun, çay çox giran olubdur,Girvənkəsi otuz beş sahibqıran olubdur.
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,