Ağçınqıldan qalxan duman,Görüşünə yoxdu güman.Könül istər, əlim yetməz,Həsrət qaldım, aman, aman.

Qoyun otlar, quzu mələr,Bu könlümdən keçər nələr?!Aman dağlar, bir ah çəksəm,Dağı dələr, daşı dələr.

Bəstininki hicran-qəmdi,El bilir taleyi kəmdi.Min dəfə gülə, danışa,Könlü küskün, gözü nəmdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran