Bir qəmli bülbüləm,Güllər inanmır.Məcnunsuz Leyliyəm,Çöllər inanmır.Göz yaşım sel olur,Göllər inanmır.Bir qərib yolçuyam,Yollar inanmır.Deyirəm həsrətəm,Qollar inanmır.Sözüm dastan olub,Tellər inanmır.Aşıq Bəsti mənəm,Ellər inanmır.Sinnim doxsan olub,İllər inanmır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran