Ey fələk, sənin cövründənXanu xavan qalmadı.Neçə danəndələr getdi,Mətləb qanan qalmadı.Çoxlarının baharınıDöndərdin zimistana,Pozuldu baği-bənövşə,Soldu gülşan qalmadı.

Hər kimə ki, şərbət verdin,Tez zəhrimar eylədin;Zülmünən yıxdın evini,Taxtını tar eylədin.Beş gün xoşbəxt olanlarınSonun bimar eylədin.Nə xəstələr şəfa buldu,Nə də Loğman qalmadı.

Kim ilə dostluq elədin,Söylə görüm, başa-baş?!Qəzəbindən xof elədim,Didəm verdi qanlı yaş.Sümüyümə lərzə düşdü,Cismimdə yandı ataş.Qəhrinə baş əyməkdənMusada can qalmadı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri