Xalından uçdu mürği-xəyalım ləb üstünə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Xalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.
Könlüın xəyali-zülfi-pərişanda cəm idi,Birdən dağıldı xalü xətü ğəbğəb üstünə,
Eylər silahi-hüsni-rüxun aləmi xərab,Zülfun açılsa pərçəmi, bu məvkəb üstünə.
Qaşındı bu ki, guşəsi zülf üstə meyl edib,Ya Zülfüqardır, əyilib Mərhəb üstünə.
Bu siminab üzarını simab tək ərəq,Bir aya bənzədir, düzülə kövkəb, üstünə.
Övc etdi çahidən mehi-nəxşəb, vəli, çıxıbÇahi-zənəx, üzündə məhi-nəxşəb üstünə.
Cövlan edəndə hər tərəfə, can şikar edər,Kimdir bu şəhsüvar, çıxıb mərkəb üstünə?!
Piçidə olma zülfünə çox, busədən danış,Çox tul vermə bu sözə, keç mətləb üstünə!
Tök sinəm üstə zülfünü, zülfün çalıb məni,Əqrəb çalan yerin qoyulur əqrəb üstünə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Canan ki, bircə busəsinə nəqdi-can alır,Ləli, bu candan əl götü, qoy ləb, ləb üstünə.
Kitabxana.az · https://kitabxana.az/works/mirze-eli-leli-xalindan-ucdu-murgi-xeyalim-leb-ustune
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Boynuma kakilin, ey şux, kəmənd eyləmisən,Bir uzun fikrə mənim başımı bənd eyləmisən.
Eyləmişdim, sənəma, vəslinə adət gecələrEyləmişdim, sənəma, vəslinə adət gecələr,İndi sənsiz mənə bərpadı qiyamət gecələr.
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məniGətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.
Qaşların kamanilə sən ox vurdun qəlbiməQaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.