Hoydu, dəlilərim, hoyduYeriyin meydan üstünə!Havadaki şahin kimi,Tökülün al qan üstünə!

Qoyun bədöylər kişnəsin,Misri qılınclar işləsin,Kimi tənab qılınclasın,Kiminiz düşman üstünə!

Koroğlu çəkər haşanı,Bəylər elər tamaşanı,Mən özüm Aslan paşanı,Hərəniz bir xan üstünə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri