Canım Həmzə, gözüm Həmzə,Həmzə, incitmə Qıratı.Budu sənə sözüm Həmzə,Həmzə, incitmə Qıratı.

Qıratdı mənim dirəyim,Əriyər qalmaz ürəyim.Sən olasan duz-çörəyimHəmzə, incitmə Qıratı.

Qırat mənim iki gözüm,Belə dərdə necə dözüm?Həmzə, sənə budu sözüm,Oğul, incitmə Qıratı.

Eşidər paşalar, bəylər,Şadlıq xəbərini söylər.Koroğlu iltimas eylərBala, incitmə Qıratı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri