Ərzurumun bazarına varanda,Məqamda düşmanı atmağın gərək.Gördün ki, mətləbin başa varmadı,Ərəb at yalına yatmağın gərək.

İgid gərək meydan aça, düz dura,Düşman qabağında bığını bura.Ayaqların üzəngiyə bərk vura,Şeşpəri şeşpərə çatmağın gərək.

İgid olan neylər əllini, yüzü?Namərdin davada dörd olar gözü.Budu Koroğlunun, oğul, bil sözü,O Telli xanımı tapmağın gərək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri