Dəlilerim, bu gün dava günüdü
Dəlilerim, bu gün dava günüdü,Müxənnet ölkesi talanmaq gərək.Qoç igidlər yarasmdan bəllənər,Şərbət tək qanına qalanmaq gərək.
Mərd igidlər nərə çəksin davada,Şahin kimi şikar tutsun yuvada.Misri qılınc cövlan vursun havadaBağırsaq cəmdəyə dolanmaq gərək.
Koroğlu içəndə düşman qanını,Mərd meydanda nərəsinden tanını.Qınn vəzirini, tutun xanınıLeş-leşin üstünə qalanmaq gerek.
Kitabxana.az · https://kitabxana.az/works/xalq-gerek-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir