Nisvanı sanma yalnız, sərdari-zihəşəmdir,Hüsnilə zizəfərdir, anilə möhtəşəmdir.Qaşı, gözü, cəmalı – qüvvətli üç hökumət,Birdən hücum edərsə, gülməzmi qalibiyyət?!Ahu baxışlarilə məğlub olur qəzənfər,Məğlubu gör – qəzənfər!.. Ahuya bax – müzəffər!Daratü ehtişamın bir xəndeyi-ləbindir,Qaşın zəfər hilalı, çeşmin də kövkəbindir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri