Ya Leyl!
Ziynət verir əndamına min nəcmü qəmərlər,Tənvir edir afaqını tabəndə səhərlər,
Ağuşi-siyahında yürür bədri-münəvvər,Ətrafına səf-səf düzülüb nəcmi-müzəhhər,
Rüxsarını kövkəblər edirlər necə tənvir,Məs'udların taleyini qılmada təsvir.
Nazəndəvü bazəndəvü lərzəndə ziyalər,Tabəndə, dirəxşəndə, füruzəndə sühalər.
Doğmazsa günəş, ay, doğüyor nurlu kövkəb,Ey lövheyi-ülviyyə və ey səhni-mükövkəb,
Tutmuş bu qədər pərtövü ağuşi-siyahın,Bərqin, günəşin, sübhlərin, əncümü mahın,
Məşriqlilərin qoynu dolu doğmada ənvar,Məğriblilərin qoynu dolu şəmsi-ziyadar.
Sən leyl deyil, cilvəgahi-nurü ziyasən,Leylayi-həqiqət kimi sən didərübasən.
Sevdazədə dilbər sənə məftun deyilmi?Leyla arayanlar sənə Məcnun Deyilmi?
Müzlim denilirmi sənə, ey valideyi-nur?Kövkəblərinin hər biri bir tərzdə məftur.
Məhrumi-ziya olmaz isə dideyi-idrak,Övraqi-fünundur bu kütübxaneyi-əflak.
Hər səfhəsi bir lövhi-füyuzatnümadır,Bizlərdə fəqət dideyi-idrak əmadır.
Əcrami-səmaviyyə, o əlvahi-ziyadar, –Ya leyl, edirlər səni tabişgəhi-ənvar.
Məşşatələrindir sənin ayati-təbiət,Pirayələrindir o füyuzati-həqiqət.
Zülmətləri ehraq edən ənvarlərin var,Qəlbində müəlləq duran əqmarlərin var.
Zülmətli könüllər kimi binur deyilsən,Bədbəxt Qəmərlər kimi məstur deyilsən.
Var ləm'ələrin, müzlimü diycur deyilsən,Zülmətgədeyi-cəhldə məqhur deyilsən.
Ey leyleyi-qəmranə, dilarə dürərin var,Mehpareyi-hürriyyətə bənzər qəmərin var!
Mən neyləyim, eyvah, ziyalı pədərim yox,Əfkarımı parlatdıracaq bir Qəmərim yox.
Təhsili-füyuz etmədim əfkari-pədərdən,Düşdüm bu qaranlıqlara rüxsari-Qəmərdən.
Ey leyl, xəyal etmə ki, bir səndə Qəmər var,Dillərdə Qəmər var, daha lame', daha nəvvar...
Könlümdən asılmışdı diraxşəndə Qəmərlər,Əfsus, onu söndürdü anam misli Qəmərlər.
Tə'min olaydı əgər ağuşi-Qəmərdən,Tabəndə olurdu ürəyim nuri-hünərdən.
Tənvir edərək vechi-səmavati-həyatı,Gündən-günə ehraz edəcəkdim dərəcatı.
Mən parlayacaqdım da səmavati-vətəndə,Nəşr eyləyəcəkdim də füyuzati vətəndə.
Müzdad olacaqdı ülüviyyat, kəmalat,Onda olacaqdı vətənim səhneyi-cənnat.
Pərvərdeyi-ağuşum olur idi, həqiqət,İnsanlığa xidmət edəcək zadeyi-qeyrət.
Hübbül-vətəni, mə'niyi-hürriyyəti hər anKəhvarədə ikən edəcəkdim ona e'lan.
İnsanlığa xadim olacaq nəsli-əxiri,Mən bəsləyəcəkdim o edibani-kəbiri.
Ya leyl! Bu idi mənə ən zübdeyi-amal,Amalıma erməkliyə yar olmadı iqbal.
Eyvah ki, məhv oldu bu ümmidi-məali!Əsfəllərə düşdüm edəcək yerdə təali.
Ey mədəri-cahil, bumudur qiyməti-gövhər,Can paresini mədər edərmi belə kəmtər?
Əks eylədi avazi-təməddün qitaətə,Də'vət edir insanları növzadə həyatə.
Başqa miləlin qızları kəsb etdi kəmali.Oldu həpsi ziynəti-övrəngi-təali.
Onlar erişib cənnətə, biz Veyldə qaldıq,Sübhi-mədəniyyətdə də "vəlleyl"də qaldıq.
Ağuşları məktəbi-hürriyyəti-ətfal,Pərvərdələri açmada balalara şəhbal.
Doğduqları ev şəndil olan arifü kamil,Bunlardan olan hər biri bir fəxri-əfazil,
Şiller, Gete, Viktor Hüqo, Volter ilə Jan-Jak,Ol dahiyələr etdi bu afaqdan işraq.
Herbert Spenser, Büxner, Sülli, Lamartin,Alfred Müsse, Müller, Şekspir ilə Darvin,
İştə Edisondur bu qucaqdan mütəvəllid,İcadi ilə məhdi-təməddündə müfərrid.
Həp mətləi-ağuşi-ədəbdəndi nümayan,Bunlar ki, olub hər biri bir dahiyi-imkan.
Ağuşi-maarifdə doğanlar füzəladır.Cəhlin qucağında böyüyənlər cühəladır.
Əfradi-üməm buldu füyuzati-səadət,Bizlərdə nə ərdə, nə nisadə bu fəzilət.
Məhkumlarız pənceyi-övhamdə hala,Ey nuri-həqiqət, üzün aç, eylə təcəlla!
Biz də bəşəriz, bizlərə də mehrnişan ol!Ey nuri-həqiqət, ləbin aç, xəndəfəşan ol!
Gözlər, mələkim, cümləsi müştaqi-cəmalın,Gül, gül ki, həqiqət ola ümmidi-vüsalın!
Kitabxana.az · https://kitabxana.az/works/hadi-ya-leyl
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həsəd ol millətə kim, aşiqi-həqiqətdir,Xəyalı, fikri-məsaisi kəsbi-izzətdir.
Gül, sevdiciyim, gül!Huri-hürriyyətə*Dil istər ibtisamını, gül, ey nigar, gül!
İsmət, yaxud Əfif olan zatların xəsailiKimsəyə qılmaz təməllüq həqpərəstan nan üçün,Çaki-ismət eyləməz alicənaban nan üçün,
İzhari-qədrdaniDüha! Ey baği-lahutun həzari-nəğmə pirası,Sənə gülşənmi olmuşdur Əlinin ruyi-rənası?