Döşdə sürü ağarır,Qucaqlaşır dağ, aran.Elə bil göy dənizdəLəpələrdir ağaran.

Dağ başına yaxşı bax,Neçə əsrin qarıdır,Yazılmamış dəftərinDümağ varaqlarıdır.Qaya üstə qatılanYuvasını seyr elə,Uçuşunu salamlaQanadlı bir şeirləEhmal-ehmal yeri ki,Əzilməsin ləpələrOnsuz da az ömrü var.Üzülməsin ləpələr.Sısqa bulaq görəndə,Ayaq basma gözünə.Bəlkə yerlə əlləşib,Yollar gəzir özünə?Bəlkə üzə çıxdı o,Öz yolu. Səsi oldu?Bəlkə sabah dağlarınƏn gur çeşməsi oldu?..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri