Düha! Ey baği-lahutun həzari-nəğmə pirası,Sənə gülşənmi olmuşdur Əlinin ruyi-rənası?Böyüksən, ən böyüksən, bizlərə ustadi-əkrəmsən,Vücudun ilə fəxr eylərdi, gər olsaydı Qərbiyyun.Hələ dərbərdədir ənzari-istedadi-Şərqiyyun,Bu gün qafilsə millət, yox əcəb, əhvali-zarından.Yarın şərməndə olmazmı nişangahi-məzarından?Vətən övladı dilsiri-həyat olsun fəratından,Neçin ləbtəşnələr feyz almasın abi-həyatından?Vücudun mayeyi-fəxri şərəfdir qövmi-islamə,Bizi irşad qılmaqçün sarıl, ey dahi, iqlamə!Neçin daldın sükuta, gəlməyir övradın ey dahi?Vərəqriz oldumu baği-füyuzabadın, ey dahi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən