Məktəb
Məktəb nə demək? Xadimi-qüdsiyyəti-millət.Məktəb nə demək? Baisi-ülviyyətü şövkət.Məktəb nə demək? Cilvəgahi-nuri-həqiqət.Məktəb nə demək? Rəhbəri-irşadü səadət.Övladi-vətən etmək üçün bizdə təaliMəktəblər açıb kəsb edəlim elmü kəmali!
Məktəb nə demək? Heyəti-milliyyəyə candır.Məktəb nə demək ruhi-didi mürdədilandır.Ariflərə həmvarə bu söz virdi-zəbandır:Əlməktəbü, əlməktəbü, ey millət, amandır,Övladi-vətən etmək üçün bizdə təaliMəktəblər açıb kəsb edəlim elmü kəmali!
Məktəb nə demək? Əncüməni-əhli-səfadır.Məktəb nə demək? Bariqeyi fəkri səmadır,Neyyirləri həp şəşəəbəxşeyi-dühadir,Pərvərdeyi-ağuşi olanlar üdəbadır.Övladi-vətən etmək üçün bizdə təaliMəktəblər açıb kəsb edəlim elmü kəmali!
Məktəblə bulur təsfiyə ayineyi-vicdan,Məktəblə edər kəsbi-şəraf zadeyi-insan,Məktəblə görər tərbiyə həp gülşani-ürfan,Təzkar edək ixvanımıza şu sözü hər an:Övladi-vətən etmək üçün bizdə təaliMəktəblər açıb kəsb edəlim elmü kəmali!
Kitabxana.az · https://kitabxana.az/works/hadi-mekteb
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ruhülqüds təbiətimə*Ey təb'i-vəsi'im, səni sığdırmayır aləm,
İranlı qardaşlarımaİran! O bizim Şərqimizin məhdi-kəmalı,Ərbabi-ədəb bəsləyən ağuşi-cəlalı.
İnsanların tarixi faciələri, yaxud Əlvahi-intibah1Həyatın səsləri guşumda həp fəryad şəklində,
Faciəyi-həyatımızdan bir pərdəMəzaci-xəlq olmuş münhərif mizani-səhhətdən,Təcavüz eyləmişdir hali-ümmət istiqamətdən.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Hər səhərdə sənin adın söylənir,Hayıf gəldin bu diyara, Hüseynim.
Taprmışam könlümü mən, türreyi-cananda imişTaprmışam könlümü mən, türreyi-cananda imiş,Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.
Qəlbimə axdıGəl, o ala gözlərinə mən olum fəda,Söylə, hardan yaranmışdır səndə bu qayda,
Gülşəni-raz, fəsil 39یکی دریاست هستی، نطق ساحلصدف حرف و جواهر دانشِ دل