Vəh-vəh, nə atəşparəsən bu cameyi-gülgun bilən,Yusif dirilmiş guyiya pirahəni-pürxun bilən.

Çeşmin xəyalilən məni səhradə hər kim görsə der,Bir-iki ahudur gəzər, ülfət dutub Məcnun bilən.

Bu ağlamaq kim, məndə var, gər olsa tufan, yox əcəb,Xunabeyi-çeşmim mənim kim, dəm urur Ceyhun bilən.

Bəzmi-ğəmində hər gecə bu naləvü xəm qamətim,Bir cəngdür kim, kökləmiş dəsti-qəza qanun bilən.

Necə bu xunabə cigər ola ki, tezrək qurtulam,Saqi, mana bir cam lütf eyləgil əfyun bilən.

Tə’vizü heykəl neyləsün əsli gərək mehrü vəfa,Heç kimsə sevməz kimsəni əfsanəvü əfsun bilən.

Məqtə — şairin təxəllüsü olan son beyt. Şəm’i-rüxünni, bədr ver, nəxli-qədinni sərvinaz,Şair verilür Kişvəri, bu təb’i-namövzun bilən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana