Sənsən, ey Leyli, məni-Məcnuni rüsva eyləyən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Sənsən, ey Leyli, məni-Məcnuni rüsva eyləyən,Könlümi çak eyləyib, canim ara ca eyləyən.
Şuxilər mehman kibi könlüm evin məskən qılıb,Mərdümi-çeşmim təki çeşm içrə mə’va eyləyən.Nola gər sorsan məni-rüsvayi-aləm halini,Ey məni bu hal ilən aləmdə rüsva eyləyən.
Bolma qafil kim, canazəmdən çıxar hər yan şərər,Ey çıxıb tabutum ardınca tamaşa eyləyən.
Yoluna baş qoymuşam, çünki əyağım qalmadı,Ey saçın tək Kişvərini bisərü pa eyləyən.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-sensen-ey-leyli-meni-mecnuni-rusva-eyleyen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məni kim, öynə-öynə öldürürsən,Aşiq öldürməgin cani bilürsən.
Nə bir haziq təbibim var ki, mühlik dərdimi görsünNə bir haziq təbibim var ki, mühlik dərdimi görsün,Nə bir sadiq rəfiqim var ki, kahi halımı sorsun.
Rəqib bir gecə kim, yanında sahib ixtiyar olsunRəqib bir gecə kim, yanında sahib ixtiyar olsun,Nə dərdim var mənim andan, mana tək yar yar olsun.
Vəh-vəh, nə atəşparəsən bu cameyi-gülgun bilənVəh-vəh, nə atəşparəsən bu cameyi-gülgun bilən,Yusif dirilmiş guyiya pirahəni-pürxun bilən.