Mən mənəm mən, kim, qəbuli-həzrəti-şahəm bu gün
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Mən mənəm mən, kim, qəbuli-həzrəti-şahəm bu gün,Xəl’əti-şahi geyib, məqbuli-dərgahəm bu gün.
Müjdeyi-rahət yetişdi yeridən, ey müddəi,Sən çəkərsən canü mən bər həsbi-dilxahəm bu gün.
Çün yetürdüm halimi ol şahi-xuban ərzinə,Ğəm yemə dedi ki, mən halından agahəm bu gün.
Malü mülki tərk edib oldum eşigindən bir it,Dün gəda irdim və leykən sahibi-cahəm bu gün.
Məqtə — şairin təxəllüsü olan son beyt. Kişvəri gər iltimas etsə ki, oldürgil məni,Gər sevirsən Tanrı(nı) demə ki, fərda həm bu gün.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-men-menem-men-kim-qebuli-hezreti-sahem-bu-gun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey pəri, sənsiz pərişan ruzigarəm doğrusu,Sən gedəldən bərlü bisəbrü qərarəm doğrusu.
Əbirim, ənbərim, müşkim, ğəzalim, Çinü MaçinimƏbirim, ənbərim, müşkim, ğəzalim, Çinü Maçinim,Bənəfşəm, sünbülüm, laləm, gülüm, tazə gülüstanım.
Ey xərməni-gül, gülşəni-rüxsarına qurbanEy xərməni-gül, gülşəni-rüxsarına qurban,Sərvi-çəməni, qamətü rəftarına qurban.
Munca qan tökməkdən, ey xunxar, usanmazmısanMunca qan tökməkdən, ey xunxar, usanmazmısan,Munca xəlqi göydürüb, ey yar, usanmazmısan?