Ucadan
Oğlan keçdi orbiti,Oğlan boylandı yerə:Torpaq uclu-bucaqlı,Balaca,göy dairəHansı səmtdədir, görən,Evi?Şəhəri?Kəndi?Ev nədir,Şəhər nədir,Ölkələri tap indi.İşıqlar da birləşib,Yaşıllıqlar da birdir.Buyur, varsa hünərin,Ayır onları bir-bir.Evin evlər içində,Evlər də ki, evində.Sevilən ömr eləyir.Yerin hər tərəfindəDağ da, daş da, dəniz dəBir evdə məskən qurur.Zərrəyə dünya sığırZərrə ərzi doldurur.Bu el çatan zirvədənBaxsan aşağı əgər,Yer əzizdir,gözəldir,Balacadır nə qədər.Məhv eləmək də olar,Yaşatmaq da.Bu zamanSanki diksindi oğlanUzaq gurultulardan:Qucaqladı xəyalən
Evi boyda dünyanı,Dünya boyda evinio, bərk-bərk,Fəzalardan asılmışMavi rəngli nənnitək.
Kitabxana.az · https://kitabxana.az/works/eli-kerim-ucadan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Məqabirdən güzər etdim,Əcaib mərdüman gördüm,
VarHicran xəstəsiyəm dərdə giriftar,Mənim bu dərdimin nə loğmanı var.
Can alanBu nə gündü, günü qara düşübsən,Əvvəllərdə işvə-nazı can alan.
Qəzəl: Köksümdə könül işrəti peykanın üçündürKöksümdə könül işrəti peykanın üçündür,Cismimdə bu can ülfəti qurbanın üçündür