Mə’şuqə könlündə vəfa yox, çeşmi-giryan neyləsün
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Mə’şuqə könlündə vəfa yox, çeşmi-giryan neyləsün,Bitməz çü səngi-xarədən gülbərgi-baran neyləsün.
Derlər ki, dərman eyləməz eşq əhli dərdinə təbib,Kə’bətələb namərddür, xari-muğilan neyləsün.
Tiri-bəladən qorxuban kuyinə girməz müddəi,Hiç kimsədən çün dərd yox, biçarə dərman neyləsün.
Könlüm sana mehman olub, çeşmin tökər qanı anun,Çün xanə xah cəlladdur, biçarə, mehman neyləsün.
Demə ki, sultandan mana, təfrişi-dövlət gəlmədi,Hər xəlqə layiq iməz, hər bəndə sultan neyləsün.
Mən aşiqəm, ey pəndgu bolmaz nəsihət kar, gər,Səhrayə düşmiş tilbə rəb, ayati-Qur’an neyləsün.
Məqtə — şairin təxəllüsü olan son beyt. Lə’li-ləbindür gövhəri kim, qədri bilməz Kişvəri,Naqis düşüpdür cövhəri, lə’li-Bədəxşan neyləsün.
Kitabxana.az · https://kitabxana.az/works/kisveri-me-suqe-konlunde-vefa-yox-cesmi-giryan-neylesun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey məni bimar qılğan çeşmi-bimarun sənün,Təlxi-kam etkən məni lə’li-şəkərbarun sənün.
Necə kim, xəlqi dirildür şivəvü rə’nalığınNecə kim, xəlqi dirildür şivəvü rə’nalığın,Vəh kim, öldürdü məni məstivü bipərvalığın.
Ey məni aşüftə qılğan ənbərəfşan kakilünEy məni aşüftə qılğan ənbərəfşan kakilün,Ruzigarımnı qılıb mundaq pərişan kakilün.
Ey gözü qarətgəri-imanü bərsər kakilinEy gözü qarətgəri-imanü bərsər kakilin,Bağladı islamara zünnari-kafər kakilin.
Başqa şairlərin şeirləri · Eşq
Salanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,
Cahan bağında, ey bulbul, Nigari kimi yar olmazCahan bağında, ey bulbul, Nigari kimi yar olmaz,Mənim tək sinəsi gul-gul bulunmaz, dağidar olmaz.
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Ola bilsəm!Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,