Hardadı
Molla Kərim, indi səndən soruşum,Söylə, sənin din-imanın hardadı?Cəhənnəm əhlisən, yoxsa ki Cənnət,Bilirsənmi, öz məqamın hardadı?
Kədərin hansıdı, kinin hansıdı,Məzhəbin hansıdı, dinin hansıdı,Ahılsan, cahılsan, sinin hansıdı,Mətləbin hardadı, kamın hardadı?
Etiqadın İsayadı, Musaya,Meylin məscidədi, yoxsa kilsaya,Qiblən müqərrərdi, hansı binaya,Vadiyi Berutda damın hardadı?
Aşiq Valeh sənətindən dönərmi,Yel əsməklə yanan günəş sönərmi,Pəhləvan döyüşdə, qaçıb sinərmi,Meylin badə çəkir, camın hardadı?
Kitabxana.az · https://kitabxana.az/works/asiq-valeh-hardadi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gün sənət səfərinə çıxan Aşıq Valeh Arazbasara gedir kəndə yaxınlaşanda, bir təzə gəlin ilə, bir həddi- buluğun az ötmüş qız arx kənarında dayanıbmışlar.Valeh bunlara yaxınlaşanda qız deyir: – Ay aşıq bizə bir söz oxu xoşumuza gəlsin. Valeh onlara diqqətlə baxır. Alır atüstü görək nə deyir:
Zoğal əhvalatıAşıq Valehin Şuşada çoxlu sayda dostları olur. Bir gün onlardan bir neçəsi sözləşərək, Aşıq Valehi ələ salmaq üçün ona bir məktub göndərirlər.Məktubda bildirirlər ki, Qalada(Şuşa) zoğal çox baha gedir. Abdal-Gülablı kəndi də zoğalın bol olan yeridir. Nə qədər imkanın varsa, zoğal yığdır gətir Qalaya, yaxşı xeyrin olacaq. Valeh də onların sözünə inanaraq, ərki ötən adamların hamısından xahiş edib, zoğal yığdırır. Zoğal tayçalarını atlara, öküzlərə, ulaqlara yükləyərək bacısı oğlu ilə birlikdə aparır Qalaya. Orada dostu Allahqulunun evinə düşür. Səhəri gün zoğalı bazara çıxardır. Baqqallar söz qoyurlar ki, heç kim Valehdən bir girvənkə də zoğal almasın.
Bu gələn bir cüt gözəlinBu gələn bir cüt gözəlinYolunda qoymuşam səri.
GəldimQarabağdan səfər etdim,Mülkü Şirvana mən gəldim.
Başqa şairlərin şeirləri · Mey və meyxana
Gələndə məclisə mey əldə lalə şəklində,Nigarım aytək olur, mənsə halə şəklində.
DeyərlərSəxavətdə Hatəm, cəngidə Rüstəm,Ədalətdə Nuşirəvanı deyəllər.
Bəzmi-eşq içrə şərabımdır sirişki-laləgunBəzmi-eşq içrə şərabımdır sirişki-laləgun,Qıldı qəm, qəddim büküb, cami-şərabım sərnigun.
بهار و باغ با ترکان گل رخسار خوش باشدشراب تلخ با خوبان شیرین کار خوش باشد