Gəl
Sevgilim, məclisə gəl, çünki məhəbbət dəmidir.Görkəmin incə, gözəl nazlı gəlin görkəmidir.
Gül, danış, rəqs elə, bu məclisə can gəlsin qoy,Hər sözün, hər baxışın aşiqə can məlhəmidir.
Mən səninçün, vətənimçün keçərəm canımdan,Bu sözüm, sevgili yar, sözlərin ən möhkəmidir.
Bilirəm mən bu həyat dalğalı bir dəryadır,Eşqimiz hər qocaman dalğaya qalib gəmidir.
İç, Süleyman, dilə gəl, çünki piyaləndəki mey,Bülbülün göz yaşıdır, qönçə gülün şəbnəmidir.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-gel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Oturub dörd divar arasında sən –Yüz yerə zəng vurub əmrlər verdin.
Ucuz xatirələrYaxşı olar, olmasa bu sulu xatirələr,Uydurmayla, yalanla dopdolu xatirələr,
Yad adamDəniz kənarına çıxdım dünən, gülürdü bahar,Nəfəs alırdı dərindən gözəl Xəzər, bulvar.
Nakam şairO qədər yazdı ki, dəftərlərə, əldən düşdü,Çox özündən dedi, “mən”, “mən” dedi, dildən düşdü.
Başqa şairlərin şeirləri · Eşq
Hər səhər, hər axşam kəsib yolumu,Deyirsən, sevirəm, könül ver mənə,
Dərdli nəğmə(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*
Əgərçi xoşdu mənə ətri, həm səfası gülünƏgerçi xoşdu məne etri, hem səfası gülün,Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün.
Telefon məhəbbətiSevgi məktubları düşübdür dəbdən,Cavanlar eşqini yazmır kağıza.