Yaxşı olar, olmasa bu sulu xatirələr,Uydurmayla, yalanla dopdolu xatirələr,Bircə addım yan-yana getmədiyi adamdan,Bir süfrədə duz-çörək kəsmədiyi adamdanXatirə yazanların getdikcə artır sayı,Şöhrətli ölülərdən umurlar şöhrət payı.Yazırlar varaq-varaq,Bu sayaq, lap bu sayaq:“Göz önündən getməyir rəhmətliyin gözləri,Qulağımda səslənir qızıl kimi sözləri.Rəhmətlik miz dalında oturardı sübhədək,Yatağına girərdi səhər altı tamamda.Dostluğumuz hamıya bir örnək olsun gərək,Üzmüşük bir dənizdə, çimmişik bir hamamda.Yeyib-içməzdi mənsiz, deyib-gülməzdi mənsiz,Görüm ruhu şad olsun, şənlik bilməzdi mənsiz.Araq vurandan sonra içərdi ayran, qatıq,Bunlar tapılmayanda dostum deyərdi yandıq.

Adlı-sanlı olsa da, çox vüqarlı deyildi,Pul işinə gələndə, məndən varlı deyildi.Xatirimə gəlir ki, vaxt olub restorandaBir dəfə yox, yüz kərə cibinə pul qoymuşam.Əla ovçuydu dostum, ov zamanı arandaVurduğu dovşanları əllərimlə soymuşam.Xatirimi rəhmətlik istərdi dünya qədər,Onsuz keçən ömrümü çulğayıbdır qəm, kədər.Gərək, onun yerinə mən rəhmətə gedəydim.Bu mənasız ömrümü ona qurban edəydim.Göz önümdən getməyib o cığırlar, o yollar,Rəhmətliyin vurduğu turaclar, qırqovullar.Həyalı dostumdu o,Vəfalı dostumdu o.Yüz yaşaya bilərdi, əcəl vermədi aman.Qoy açım, bir sirri də, sağlığında, o zamanQurd kimi bu dərd mənim ürəyimi yeyirdi –Rəhmətlik ov itini məndən çox istəyirdi”.Bu şit xatirələrlə dolub qulaqlarımız,Dolub salonlarımız, dolub otaqlarımız,Mənə elə gəlir ki, qəm, qüssə çəkməz ürək,Bu cür xatirələrdən yaxa qurtara bilsək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira