Bilmədin sən qədrimi
Bilmədin sən qədrimi, ey nazlı canan, bilmədinÇəkdi min dərd, min cəfa hicrində bu can bilmədin.Bilmədin sənsizliyindir qəlbimə odlar salan,Bağrıma dağlar çəkən hicranı hicran bilmədin.Sevgi dünyasında mən heç vaxt vəfasız olmadım,Ömrümü verdim sənin uğrunda qurban, bilmədin.Eşqimin təxtində fərman verdi hər gün ayrılıq,Can evimdə əsdi yellər, qopdu tufan, bilmədin.Od tutub yandım Kərəmtək, yanmadın heç halıma,Bilmədin, sənsiz deyib-gülməz Süleyman, bilmədin.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-bilmedin-sen-qedrimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir ağac altında, sahildə yalqızOturub, dalmışam düşüncələrə.
Payız baharıTorpağının qədrini məncə bilməz kökündən,Kim azca dadmayıbsa Abşeron çörəyindən.
Xəzər nəyə bənzəyir?Məndən soruşursunuz: – De görək səhər-səhərNəyə bənzəyir Xəzər?
AxşamSərdi qanadlarını yerə, xəbərsiz axşam,Həyətdəki bağçaya baxıram pəncərəmdən.
Başqa şairlərin şeirləri · Eşq
Toldı gönülüm zülfüne bîçâre ne çâreYaraladı gözün yüreği pâre ne pâre
DemədimMən sənə heç vaxt«Sevirəm» demədim.
Cana, məhəbbət aləmi pürinqilab olurCana, məhəbbət aləmi pürinqilab olur,Əhli-məhəbbətin işi daim əzab olur.
Öləndən sonraYaşadar könlümü ilham, qarışar şerə başı,Yaşayar şair olan kəslər, öləndən sonra!