Bir ağac altında, sahildə yalqızOturub, dalmışam düşüncələrə.Payızdır, payızdır, payızdır, payız,Canlanır önümdə başqa mənzərə.

Hava da tutqundur, nədir, bu nədir, –Eşqimin hicranlı səhəri kimiAğacdan yarpaqlar tökülür bir-bir,Ötən illərimin günləri kimi.

Başımın üstündən keçir durnalar,Mənə tanış gəlir qaqqıltıları.Yenə Lənkərana köçür durnalar,Quşların ordadır qışda baharı.

Sabah qış gələcək, tökəcək qarı.Bir adam varmı ki, bunu bilməsin.Ömrümün baharı keçibdir barı,Payızı uzansın, qışı gəlməsin.

Hava da tutqundur, nədir, bu nədir, –Eşqimin hicranlı səhəri kimi...Ağacdan yarpaqlar tökülür bir-bir,Ötən illərimin günləri kimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar