Şimaldan dəstə-dəstə uçub gəlir Bakıya,Soyuqlara dözümsüz quşlar, sevimli quşlar.Çox yox, üçcə aylığa köçüb gəlir Bakıya,Həşəratın qənimi, qara geyimli quşlar.Çöllərin, çəmənlərin çalıb-çağıranları,Cənubdan ayrılmayan şimal sığırçınları.Quşlarçın qış Bakıda mülayimdir çox zaman,Qəmsiz keçir bu yerdə bahar həsrəti, hicran.Xay havada oturub budaqlar üstdə çin-çin,Pıçhapıça başlayır sığırçınlar çinarda.Çal-çağırsız keçməyən bahara yetmək üçünSığırçınlar çığrışır çiskində, çəndə, qarda.Şəhərin bağlarında,Bakı təbiətinin ən sakit çağlarında,Gecələri canlanır qəribə bir mənzərə,Sanki çılpaq çinarlar qapqara yarpaqlıdır.Qışladığı bu yerdən yenə əvvəlki yerəSığırçınların köçü ilk bahara bağlıdır.Ey uzaqlardan gələn incə nəğməli quşlar,Sizə bircə sözüm var:Bakıda keçsin deyə qışınız bahar kimi,Çinar budaqlarını dilləndirin tar kimi,Heç də almayın vecə yağış yağır, qar yağır,Ağacların başından əskilməsin çal-çağır.Siz ey kamança səsli, şimal sığırçınları,Qışda bahar nəfəsli, şimal sığırçınları!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran